...

Naxçıvanda sadələşdirilmiş vergi üzrə 9 aylıq proqnoz icrası təmin edilməyib – Hesablama Palatası

İqtisadiyyat Materials 6 Yanvar 2026 17:02 (UTC +04:00)
Naxçıvanda sadələşdirilmiş vergi üzrə 9 aylıq proqnoz icrası təmin edilməyib – Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti büdcə ili üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə təmin edilən mədaxil mənbələri arasında sadələşdirilmiş vergi üzrə 4,5 milyon manat vəsait daxilolacağı proqnozlaşdırılıb ki, bu da cari il üzrə proqnozlaşdırılan vəsaitin həcmindən 0,5 milyon manat və ya 10,0 % az olduğunu göstərir.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

“DVX tərəfindən təqdim edilmiş məlumata əsasən cari ilin ötən 9 ayı ərzində sadələşdirilmiş vergi üzrə proqnoz göstəricilərinin tam icra olunmaması müşahidə edilib. Təqdim edilmiş məlumata görə cari il üzrə müvafiq istiqamətdə icra göstəricilərinin aşağı səviyyədə olmasının əsas səbəbi notariat ofisləri tərəfindən mənzil satışına görə, eləcə də bank hesablarından vəsaitlərin nağdlaşdırılmasına görə ödənilən sadələşdirilmiş vergi məbləğlərinin azalması ilə bağlı olub. Buna görə də, növbəti büdcə ili üzrə sadələşdirilmiş vergi üzrə proqnoz məbləği əvvəlki ilə nisbətən azaldılıb. Qeyd edək ki, müvafiq tədiyyə növü üzrə cari ilin 9 aylıq icra göstəriciləri zamanı proqnoz göstəriciləri özünü doğrultmadığından, icra zamanı kəsir riskinin yaranmaması məqsədilə növbəti büdcə ili üzrə proqnozlaşdırma prosesində iqtisadi əsaslandırmaların gücləndirilməsi, dəqiqləşdirilməsi zərurətinin olduğu barədə qənaətə gəlinib”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, 2026-cı il üçün Naxçıvan Muxtar Respublika büdcəsi üzrə daxilolmaların 248,2 milyon manatı və ya 51,4%-i Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti (DVX), 17,5 milyon manatı və ya 3,6%-i Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin, 2,7 milyon manatı və ya 0,6 %-i büdcə təşkilatlarının ödənişli xidmətlərinin, 0,4 milyon manatı və ya 0,1 %-i dövlət əmlakının icarəyə verilməsindən icarə haqqının, 1,0 milyon manatı və ya 0,2 %-i Ətraf Mühitin Mühafizəsi vəTəbii Ehtiyatlardan İstifadə üzrə Dövlət Fondu üzrə daxilolmaların, 1,7 milyon manatı və ya 0,3%-i sair daxilolmaların, 211,6 milyon manatı və ya 43,8 %-i isə gəlir və xərcləri tənzimləmək məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsaitin (dotasiya) payına düşməklə proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti