...

“AzərEnerji” və “ACWA Power” rəhbərlərinin görüşü olub

İqtisadiyyat Materials 7 Yanvar 2026 17:56 (UTC +04:00)
“AzərEnerji” və “ACWA Power” rəhbərlərinin görüşü olub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“AzərEnerji” ASC-nin idarə heyyətinin sədri Baba Rzayevlə Səudiyyə Ərəbistanı Krallığının ACWA Power şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan arasında görüş olub.

“AzərEnerji”dən Trend-ə verilən məlumata görə, görüşdə 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının enerjisistemə qoşulması, əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi aparılıb.

Bildirilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı, həmin güclərin enerjisistemə təhlükəsiz inteqrasiyası, enerjinin idarə edilməsi, batareya saxlanc sistemləri də daxil olmaqla yeni texnologiyaların tətbiqi görüş zamanı geniş müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti