...

Azərbaycandan Qazaxıstana ixrac olunan qeyri-neft məhsullarının həcmi açıqlandı

İqtisadiyyat Materials 10 Yanvar 2026 14:25 (UTC +04:00)
Azərbaycandan Qazaxıstana ixrac olunan qeyri-neft məhsullarının həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Qazaxıstana 86,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadla məlumat verir.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,1 milyon dollar və ya 25,7 faiz azdır.

2025-ci ilin 11 ayı ərzində Qazaxıstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,62 faizini təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən illə müqayisədə ixrac 937 milyon ABŞ dolları və ya 3,8 faiz azalıb, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9 faiz artıb.

Nəticədə xarici ticarət sahəsində 2,213 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb ki, bu da illik göstəricidən 3,353 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti