...

İtaliya Orta Dəhlizlə əlaqəli layihələrin gerçəkləşdirilməsində Azərbaycana dəstək olmağa hazırdır (ÖZƏL)

İqtisadiyyat Materials 13 Yanvar 2026 10:55 (UTC +04:00)
İtaliya Orta Dəhlizlə əlaqəli layihələrin gerçəkləşdirilməsində Azərbaycana dəstək olmağa hazırdır (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Orta Dəhlizlə əlaqədar layihələrin həyata keçirilməsində Azərbaycana dəstək olmağa hazırdır.

Bunu Trend-ə özəl müsahibəsində İtaliya- Azərbaycan Hökumətlərarası Komissiyasının Bakıdakı altıncı iclası münasibətilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli bildirib.

İtaliyanın Xarici İşlər Nazirinin müavini bildirib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya Avropa ilə Asiya arasında nəqliyyat marşrutları üçün əsas regionlara çevrilir.

“Orta Dəhliz Cənubi Qafqazın və Mərkəzi Asiyanın artan strateji əhəmiyyətini aydın şəkildə nümayiş etdirir və İtaliya hökuməti həm ikitərəfli səviyyədə, həm də Aİ-nin Azərbaycanla münasibətləri çərçivəsində bu regionla əməkdaşlığın daha da gücləndirilməsinə qətiyyətlə sadiqdir. Bu baxımdan, İtaliya hökuməti Vaşinqton sammitinin nəticələrini də nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə cari prosesi tam dəstəkləyir. Hesab edirik ki, regionda nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi bu tarixi prosesin möhkəmlənməsinə, həmçinin Orta Dəhliz marşrutu boyunca yerləşən qonşu ölkələrlə əməkdaşlığın genişlənməsinə müsbət töhfə verə bilər”, – deyə o vurğulayıb.

O vurğulayıb ki, Orta Dəhlizin tam şəkildə özünü gerçəkləşdirməsi üçün dəmir yollarına, limanlara, avtomobil yollarına və digər logistika infrastrukturuna əhəmiyyətli investisiyalar tələb olunur.

“İtaliya şirkətləri artıq bu layihələrdə, xüsusilə dəmir yolu sektorunda iştirak etməkdə maraqlı olduqlarını bildiriblər. Hökumətlərarası komissiya həmçinin İtaliyanın Orta Dəhlizlə bağlı layihələrin həyata keçirilməsində Azərbaycana dəstək verməyə hazır olduğunu təsdiqləmək, eləcə də İtaliya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanlarının daha da genişləndirilməsi ilə bağlı gözləntilərimizi ifadə etmək üçün mühüm platforma olacaq”, – deyə Çirielli fikrini tamamlayıb.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir. Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti