...

Latviya Ticarət və Sənaye Palatası Orta Dəhlizin inkişafında Azərbaycanla əməkdaşlıq potensialı görür (ÖZƏL)

İqtisadiyyat Materials 26 Yanvar 2026 07:50 (UTC +04:00)
Latviya Ticarət və Sənaye Palatası Orta Dəhlizin inkişafında Azərbaycanla əməkdaşlıq potensialı görür (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Latviya Ticarət və Sənaye Palatası Orta Dəhlizlə bağlı infrastruktur və xidmət layihələri çərçivəsində Azərbaycanla əməkdaşlıq üçün açıq potensialın mövcud olduğunu hesab edir. Bu, xüsusilə logistika qovşaqları, multimodal nəqliyyat həlləri, eləcə də nəqliyyat və gömrük proseslərinin rəqəmsallaşdırılması kimi istiqamətləri əhatə edir.

Bu barədə Trend-ə müsahibəsində Latviya Ticarət və Sənaye Palatasının Aİ layihələri departamentinin direktoru Liqa Siçeva bildirib.

O qeyd edib ki, iri həcmli birbaşa investisiyalara fokuslanmaq əvəzinə, Latviya şirkətlərinin əsas marağı səmərəliliyi, şəffaflığı və nəqliyyat marşrutları arasında əlaqəliliyi artıran təcrübə, əməliyyat ekspertizası və xidmət həllərinin təqdim olunmasındadır.

“Eyni zamanda, bu cür əməkdaşlıq real tələbatı nəzərə aldıqda, eləcə də proqnozlaşdırıla bilən tənzimləyici çərçivələr və sadələşdirilmiş prosedurlarla dəstəkləndikdə daha səmərəli olur. Azərbaycanın əsas tranzit ölkə kimi rolu ilə Latviyanın logistika, liman əməliyyatları və rəqəmsal həllər sahəsindəki təcrübəsini birləşdirməklə Orta Dəhlizin rəqabət qabiliyyətini və dayanıqlığını artıran praktiki layihələrin həyata keçirilməsi üçün böyük potensial mövcuddur”, – deyə Siçeva bildirib.

Xatırladaq ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən və regionun bir sıra ölkələrindən keçən nəqliyyat-ticarət marşrutudur. Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış edir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni keçərək Avropaya çıxır. Orta Dəhliz daha uzun dəniz yollarını kənar qoyan quru marşrutudur və Çin də daxil olmaqla Asiyanın şərq bölgələrini Avropa ilə əlaqələndirir.

Xəbər lenti

Xəbər lenti