Bakı. Trend:
2025-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10,266 milyard manat olub.
Trend bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu göstərici illik müqayisədə 1,977 milyard manat və ya 16,1% azdır.
Hesabat dövründə ARDNF-nin mənfəət neftinin və qazın satışından 9,497 milyard manat, bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat olub.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 8,293 milyard manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 958,8 milyon manat məbləğində vəsait daxil olub.
