Bakı. Trend:
Ölkə iqtisadiyyatının və ixracın şaxələndirilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir.
Trend
məlumatlı mənbəyə istinadən xəbər verir ki, 2025-ci ildə
Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 8,1% artaraq 3.628 milyard ABŞ dolları təşkil edib və
müstəqillik tarixinin ən yüksək səviyyəsinə çatıb.
Qeyd edək ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi
üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən
biri kimi 2025-ci ildə 6.260 milyard ABŞ dolları həcmində qızıl
idxal olunub.
Qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı
olmadığından, idxalın dinamikasının və ya daxili tələb ilə bağlı
olan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.
Qızıl idxalı nəzərə alınmadan 2025-ci ildə Azərbaycanın xarici
ticarət balansının müsbət saldosu 6.922,8 mln. ABŞ dolları olub.
Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 18.120,0 mln. ABŞ
dolları təşkil etmişdir ki, bu da 2024-cü il ilə müqayisədə cəmi
2,1% artım deməkdir.
