...

Azərbaycan banklarının 2025-ci ildə əldə etdikləri xalis gəlirin həcmi açıqlandı

İqtisadiyyat Materials 28 Yanvar 2026 11:03 (UTC +04:00)
Azərbaycan banklarının 2025-ci ildə əldə etdikləri xalis gəlirin həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın bank sektoru 2025-ci il ərzində 1,162 milyard manat həcmində xalis gəlir əldə edib.

Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına İstinadən (AMB) xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 117 milyon manat və ya 11 faiz çoxdur.

Bildirilir ki, 2025-ci ildə banklar ümumilikdə 316,8 milyon manat həcmində gəlir vergisi ödəyiblər.

Qeyd edək ki, 31 dekabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, ATM-lərin sayı 3,486 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 1.4% və ya 369 nəfər artaraq 27 389 nəfər (ilin əvvəlindən 8% və ya 2 026 nəfər) təşkil edib.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 57,1 milyard manat, cəmi öhdəlikləri 49,7 milyard manat, balans kapitalı 7,3 milyard manat olmuşdur. 2025-ci il ərzində bankların cəmi aktivləri 7,7%, cəmi öhdəlikləri 7,2%, balans kapitalı 11% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti