...

AİB transsərhəd su əməkdaşlığı üzrə Azərbaycanın da iştirak etdiyi regional layihəyə dəstək olacaq

İqtisadiyyat Materials 29 Yanvar 2026 09:49 (UTC +04:00)
AİB transsərhəd su əməkdaşlığı üzrə Azərbaycanın da iştirak etdiyi regional layihəyə dəstək olacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının Su istiqaməti çərçivəsində “İqlimə dayanıqlı su resurslarının idarə olunması üçün transsərhəd su əməkdaşlığının gücləndirilməsi” layihəsini dəstəkləyəcək.

Trend bu barədə AİB-ə istinadən xəbər verir.

Layihədə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan iştirak edirlər.

Maliyyələşmə 750 min ABŞ dolları məbləğində Xüsusi Texniki Yardım Fondu hesabına həyata keçirilir.

Təşəbbüs ölkələr arasında siyasətlərin, layihələrin və qarşılıqlı əməkdaşlığın əlaqələndirilməsi üçün regional əməkdaşlıq platformasının formalaşdırılmasına yönəlib.

Layihə kənd təsərrüfatı, təbii resurslar və kənd ərazilərinin inkişafı sektorunda icra olunur və aqrar siyasət, institusional inkişaf, eləcə də potensialın gücləndirilməsi məsələlərini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti