Bakı. Trend:
2025-ci ildə "Azəralüminium" MMC 151,1 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları aparıb.
Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın yanvar sayında bildirilib.
Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 15,7 milyon ABŞ dolları və ya 11,6% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.
2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,"Export Stream" MMC,"P-AQRO" MMC,"KHAN-EL" MMC, “AGRARCO” MMC.
