...

2025-ci ildə SOCAR CAPE-in ixracdan əldə etdiyi gəlirlər artıb

İqtisadiyyat Materials 30 Yanvar 2026 13:08 (UTC +04:00)
2025-ci ildə SOCAR CAPE-in ixracdan əldə etdiyi gəlirlər artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə SOCAR CAPE-in ixracdan əldə etdiyi gəlirlər 731,1 min ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın yanvar sayına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin göstəriciləri ilə müqayisədə 674,9 min ABŞ dolları və ya 13 dəfə çoxdur.

2024-cü ildə SOCAR CAPE-in ixrac gəlirləri 56,2 min ABŞ dolları olub.

Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti