...

Qlobal pərakəndə satışlarda elektron ticarətin payı 2028-ci ilə qədər əhəmiyyətli artacaq

İqtisadiyyat Materials 3 Fevral 2026 18:18 (UTC +04:00)
Qlobal pərakəndə satışlarda elektron ticarətin payı 2028-ci ilə qədər əhəmiyyətli artacaq
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal pərakəndə satışlarında elektron ticarətin payı 2028-ci ilə qədər 24 faizə yüksələcək.

Trend-in məlumatına görə, bu barədə “Mastercard” tərəfindən Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədində deyilir.

“Fiziki ödənişlərin inkişafını qabaqlayan elektron ticarətin sürətli artımı daha da intensivləşəcək və qlobal miqyasda nağdsız ödənişlərə keçidin əsas hərəkətverici qüvvəsinə çevriləcək. 2023-cü il vəziyyətinə görə, elektron ticarət qlobal pərakəndə satışların ümumi həcminin təxminən 19,4 faizini təşkil edib və gözlənilir ki, 2028-ci ilə qədər bu göstərici 24 faizə çataraq bazarın əhəmiyyətli hissəsini fiziki ödənişlərdən alacaq”, - məlumatda qeyd olunur.

Bununla yanaşı vurğulanır ki, nağd pul xüsusilə bank xidmətlərindən kənarda qalan əhali arasında xırda ödənişlər üçün və fövqəladə hallarda ehtiyat vasitə kimi istifadə olunmağa davam etsə də, rəqəmsal ödəniş üsullarının daha geniş yayılması və rahatlaşması fonunda gündəlik hesablaşmalardakı rolu tədricən azalacaq.

“Sonda fiziki satış nöqtələrində nağd puldan istifadənin azalacağı proqnozlaşdırılır. “Worldpay” hesabatına əsasən, 2023-cü ildə nağd pul fiziki POS-terminallarında həyata keçirilən əməliyyatların ümumi dəyərinin 16 faizini təşkil edib, lakin 2027-ci ilə qədər bu göstəricinin 11 faizə enəcəyi gözlənilir”, – sənəddə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti