Bakı. Trend:
Azərbaycanın bu il yanvarın 1-nə 4 milyard 813,5 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,7%-i dollarda olub.
Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, borcun tərkibində avro 6,4%, XBH (Beynəlxalq
Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,2%, yapon yeni 3,1%,
digər valyutalar isə 1,6% paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin
49,5%-ni, sabit dərəcə ilə olanlar isə 50, %-ni təşkil edib.
Xarici dövlət borcunun 58,2%-i 5 ilə qədər olan müddətdə, 36,1%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,7%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Mövcud kredit müqavilələri vəavrobondlar üzrəgeri ödəniş qrafiklərinəuyğun olaraq xarici dövlət borcunun Orta Ödəmə Müddətinin göstəricisi 5,1 il təşkil edir.
