Bakı. Trend:
Azərbaycanda iqtisadi artımın (ÜDM) bu il 2,4 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM artımının 4 faiz olacağını proqnozlaşdırırıq.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
"2027-ci ildə isə iqtisadi artımın 2,9 və qeyri-neft-qaz sektoru üzrə 4,3 faiz təşkil edəcəyini proqnozlaşdırırıq", - sədr vurğulayıb.
