...

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşür (FOTO)

İqtisadiyyat Materials 4 Fevral 2026 18:38 (UTC +04:00)
Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşür (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

Trend xəbər verir ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 min 660 ton taxıl (bugünkü 560 ton da daxil olmaqla) göndərilib.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında işğal dövründən mövcud olan Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətlərin Azərbaycan tərəfindən aradan qaldırıldığını bildirib.

Qeyd edək ki, Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana taxıl daşınmasına 9 noyabr 2025-ci il tarixindən başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti