Bakı. Trend:
2025-ci ildə Azərbaycana məhsul idxalının həcmi 24,380 milyard ABŞ dolları təşkil edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, idxalda dövlət sektoru 8,283 milyard dollar, özəl sektor 13,912 milyard dollar, fiziki şəxslər isə 2,185 milyard dollar paya malik olub. 2024-cü ildəki ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 31,2%, 9% və 10,2% artıb.
Hesabat dövründə dövlət sektorunun idxalda xüsusi çəkisi 33,98%, özəl sektorun 57,06%, fiziki şəxslərin isə idxalda payı 8,96%-ə bərabər olub.
Eyni zamanda, 2025-ci ildə Azərbaycandan məhsul ixracının dəyəri 25,043 milyard ABŞ dolları olub.
Məlumata görə, ixracda dövlət sektoru 11,449 milyard dollar, özəl sektor 13,445 milyard dollar, fiziki şəxslər isə 148,5 milyon dollar paya malik olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 9,8%, 1,8% və 10,7% azalıb.
Hesabat dövründə dövlət sektorunun ixracda xüsusi çəkisi 45,72%, özəl sektorun 53,69%, fiziki şəxslərin isə idxalda payı 0,59%-ə bərabər olub.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.
