...

Azərbaycan və BƏƏ arasında biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var - Yusif Abdullayev

İqtisadiyyat Materials 16 Fevral 2026 11:35 (UTC +04:00)
Azərbaycan və BƏƏ arasında biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var - Yusif Abdullayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Trend xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masada deyib.

"Tədbirlərin ölkənin tanıdılması və təşviqi baxımından çox vacib rol oynadığını düşünürəm. Bugünkü görüş bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çox məmnunuq və bunu böyük məmnuniyyətlə qeyd edirik.

Biz Azərbaycan Respublikasında Zati-aliləri xanım naziri və onunla birlikdə gələn şirkət nümayəndələrini qəbul edirik. Qeyd etmək istərdim ki, nümayəndə heyəti kifayət qədər genişdir: Birləşmiş Ərəb Əmirliklərindən 25 nəfərlik nümayəndə heyəti, çoxsaylı şirkətlər, həmçinin bizim tərəfdən 16 şirkət və ümumilikdə 20-dən artıq nümayəndə iştirak edir", - icraçı direktor bildirib.

"Bu gün səhər saat 09:30-dan etibarən B2B görüşlərinə başlamışıq. Hesab edirəm ki, bu görüşlər şirkətlərə qarşılıqlı ünsiyyət qurmaq, bir-birini yaxından tanımaq və potensial əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yaxşı fürsət yaradır", - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti