...

PAŞA Kapital-dan investorlara 18% illik gəlir fürsəti!

İqtisadiyyat Materials 16 Fevral 2026 22:08 (UTC +04:00)
PAŞA Kapital-dan investorlara 18% illik gəlir fürsəti!

Bakı. Trend:

Ölkənin aparıcı investisiya şirkəti PAŞA Kapital, investorlara yüksək gəlir qazandıran yeni maliyyə aləti - "INTERNATIONAL" Bank Olmayan Kredit Təşkilatının 1 milyon AZN həcmində istiqrazlarının yerləşdirilməsini elan edir.

Vergidən azad, həmçinin rəqabətli faiz dərəcəsi ilə sabit gəlirli və ümumi sayı 10 000 ədəd olan istiqrazların əsas xüsusiyyətləri:

  • Nominal dəyər: 100 AZN;
  • İllik Gəlir Faizi: 18%;
  • Faiz ödənişi: Aylıq;
  • Tədavül müddəti: 3 il;
  • Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş;
  • Yerləşdirilmə üsulu: Kütləvi / rəqabətli hərrac.

Kapital bazarlarının inkişafında 15 ilə yaxındır ki, öz töhfəsini verən PAŞA Kapital bu günə qədər "INTERNATIONAL" Bank Olmayan Kredit Təşkilatının 10 ədəd müxtəlif istiqraz layihələrinin anderrayteri qismində iştirak edərək investorlara aşağıdakı imkanları təqdim etmişdir:

  • 4 layihə hər biri 250 000 AZN həcmində, 2 il müddətinə və illik 15% gəlirlilik;
  • 6 layihə hər biri 1 000 000 AZN həcmində, 3 il müddətinə və illik 18% gəlirlilik.

Bu uğurlu istiqraz layihələrinin davamı olaraq, 18% illik gəlir imkanı təqdim edən yeni istiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqi şəxslər, emissiyanın anderrayteri qismində iştirak edən PAŞA Kapital İnvestisiya Şirkətinin 1548 qısa nömrəli Çağrı Mərkəzinə və yaxud onlayn ticarət platforması vasitəsilə müraciət edərək, keçiriləcək hərracda iştirak edə bilərlər.

PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti