Quş qripindən müdafiə tədbirləri Azərbaycanın regionunda iri bazarlardan birinin bağlanmasına səbəb olub
Azərbaycan, Bərdə/ Trend , müxbir Ş.Cəliloğlu/ Azərbaycanın Bərdə rayon icra hakimiyyəti polis əməkdaşlarının iştirakı ilə cümə günü, günün ikinci yarısında rayonun ən böyük bazarlarından biri, ev quşlarının satıldığı "Kolxoz" bazarının fəaliyyətini dayandırıb.
Bərdə Baytarlıq xidmətinin baş həkimi Mehman İsmayılov bildirib ki, bu cür qəti tədbirlərin səbəbi RF-nin Krasnodar vilayətində quşçuluq fabrikində quş qripinin aşkar olunması olub.
Virusun yayılmasının qarşısını almaq üçün, Baytarlıq Ximəti ev quşlarının qapalı saxlanılması və bazarın bağlanılması barədə qərar qəbul edib.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq