...

Bakıda daşınmaz əmlakın ilkin bazarında noyabr üzrə orta qiymət göstəriciləri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Noyabr ayı üzrə Bakıda daşınmaz əmlakın ilkin bazarında bir kvadrat metrin orta qiyməti 0,1 faiz aşağı düşüb və 1022 dollar təşkil edib. Bu barədə "Əmlak bazarının iştirakçıları" ictimai birliyindən çərşənbə axşamı verilən məlumatda bildirilir.

Məlumatda bildirilir ki, ay ərzində təklif portfelnin həcmində artım müşahidə olunub. Bu, tikintisi aparılan bir sıra binalarda satışın qismən azalması ilə əlaqədardır. Buna avqustda 25 nəfərin ölümü ilə nəticələnən tikilməkdə olan binanın uçması səbəb olub.

Tikintisi aparılan binaların şəhər üzrə orta mərtəbə göstəricisi 15,4 mərtəbə, mənzil sahəsi 122,6 kvadrat mert, mənzildə orta otaq sayı 2.6 və qeyri-yaşayış sahələrinin ümumi həcmdə payı isə 9,4 faiz təşkil edib.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyinin məlumatına görə, Bakıda 800-dən yuxarı bina inşa olunur.

Xəbər lenti

Xəbər lenti