...

Bu gün Moskvada Azərbaycan - Rusiya hökumətlərarası komissiyanın iclası işə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2007 01:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Azərbaycan və Rusiya bu gün Moskvada iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın XI iclasını keçirəcək.

İclas zamanı ikitərəfli ticarət-iqtisadi əlaqələrin vəziyyəti və inkişafı perspektivləri, xüsusilə nəqliyyat, rabitə, informasiya texnologiyaları, fövqəladə halların xəbərdarlığı və aradan qaldırılması, əmlak məsələlərinin həllində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2010-cu ili əhatə edən uzunmüddətli əməkdaşlıq Proqramı üzrə tədbilərin görülməsi kimi məsələlərin nəzərdən keçiriləcəyi planlaşdırılır.

Hazırda energetika sahəsində əməkdaşlıq çərçivəsində ən aktual məsələ gələcəkdə Türkiyəyə elektrik enerjisinin axınını nəzərdə tutan Azərbaycan, Rusiya və İranın energetika sisteminin sinxronizasiyasıdır.

Nəqliyyat sektorunda aviadaşımaların inkişafı, keçid məntəqələrinin təkmilləşdirilməsi, Samur çayı üzərində körpünün bərpası, şimal-cənub nəqliyyat dəhlizi layihəsinin realizəsinin sürətləndirilməsi məsələlərinə baxılması gözlənilir.

Azərbaycan və Rusiya hökumətləri 2002-ci ildə imzalanmış uzunmuddətli proqramın yerinə yetirilməsi üzrə tədbirlərə yenidən baxmalıdırlar. Proqramda göstərilən vəzifələrin bir hissəsi yerinə yetirilib, digərləri isə artıq aktuallığını itirib. Bununla əlaqədar olaraq yeni vəzifələrin nəzərdən keçirilməsinə və proqramma daxil edilməsinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti