...

Yeni il gecəsi Bakı metrosunun iş qrafikində dəyişiklik olacaq (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2007 12:59 (UTC +04:00)
Yeni il gecəsi Bakı metrosunun iş qrafikində dəyişiklik olacaq (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Yeni il gecəsi Bakı metrosunun iş qrafikində dəyişiklik olacaq. Trend in məlumatına görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bazar ertəsi jurnalistlərə bildirib ki, metropoliten bu il yeni il gecəsi - dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 02:00-dək işləyəcək.

"Təkliflər var ki, yeni il gecəsi metro səhər saat 05.00-dək işləsin. Lakin mən metropoliten rəisi kimi buna razı ola bilmərəm. Cünki qatarlar baxışdan keçirilməsi üçün yoxlanılmaya göndərilməli, maşinistlər dincəlməlidirlər. Bizim ehtiyatda olan çox sayda maşinistlərimiz yoxdur ki, qatarlar fasiləsiz olaraq səhərədək işləsin" metropoliten rəisi əlavə edib.

Əhmədov, həmçinin bildirib ki, gələn il Bakı Metropolitenində gediş haqqı artırılmayacaq.

Hazırda Bakı metrosundə gediş haqqı 5 qəpikdir.

Xəbər lenti

Xəbər lenti