...

İqtisadi Tədqiqatlar Mərkəzi 2007-ci ildə Azərbaycanda baş verən əsas iqtisadi hadisələri açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2007 15:17 (UTC +04:00)
İqtisadi Tədqiqatlar Mərkəzi  2007-ci ildə Azərbaycanda baş verən əsas iqtisadi hadisələri açıqlayıb

Azərbaycan, Bakı /" TrendCap " müxbir Ü.İsmayılova/ İqtisadi Tədqiqatlar Mərkəzi QHT 2007-ci ildə Azəbaycanda baş verən ən mühüm iqtisadi hadisələri açıqlayıb.

Mərkəzin şənbə günü yaydığı məlumatında bildirilir ki, ilin ən mühüm hadisələrindən biri Tarif Şurasının 2007-ci ilin yanvar ayında enerjidaşıyıcılarının qiymət artımı ilə bağlı verdiyi qərar olub.

Qərar öz multiplikativ effektini daha çox xidmət sferasına göstərib. Bu ilin yanvarında elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində istehsalçı qiymətləri indeksinin 2,5 dəfə artması qeyri-neft sektorunda istehsalçı qiymətlərinin əhəmiyyətli artımını şərtləndirib.

Belə ki, qeyri-neft sektoru üzrə istehsalçı qiymətləri indeksi yanvarda aylıq olaraq 68%, əvvəlki ilin müvafiq ayına nisbətən isə 77,8% artıb.

İnflyasiyanın ikirəqəmli dərəcəsi sübut olunub. 12 illik fasilədən sonra yenidən inflyasiya təsirini hiss etməyə başlayıb. Azərbaycanda infilyasiyanın yüksək səviyyəsi sonuncu dəfə 1994-cü ildə müşahidə olunub. Bu ildən yenidən inflyasiya əhalini və iqtisadi subyektləri narahat etməyə başlayıb.

Mərkəz Dövlət Statistka Komitəsi və İqtisadi Tədqiqatlar Mərkəzi arasında infilyasiyanın səviyyəsi ilə bağlı baş verən ziddiyyəti ilin mübahisəsi adlandırır. Belə ki, Statistika Komitəsinini məlumatına görə, yanvar-noyabr aylarında infilyasiyanın səviyyəsi 16,4%, mərkəzin hesablamalarına görə isə 25,65% təşkil edib.

İlin itkisi: Xəzəryanı neft-qaz kəmərlərinin çəkilməsi barədə Türkmənistan, Qazaxıstan və Rusiya arasında razılaşma, Transxəzər layihəsini arxa plana itələdi.

İlin özəlləşdirməsi: ARDNŞ Türkiyənin "Petkim" şirkətinin özəlləşdirilməsi üzrə tenderdə qalib gəldi.

İlin valyutası- manatın möhkəmlənib.

İlin güzəşti: Yayda taxıl idxalına ƏDV aradan götürülüb.

İlin pəncərəsi: Sahibkarlıq subyektlərinin vahid pəncərə sistemi əsasında qeydiyyatdan keçirilməsi barədə Prezident fərman verib. Beləliklə, 53 günlük qeydiyyat müddəti 3 günə enib.

İlin dəmir yolu: Bakı-Tbilisi-Qars dəmir yolunun əsası qoyulub.

İlin xarici investisiyası: ARDNŞ Gürcüstanda Qara dəniz sahilində Kulevi terminalını alıb.

Xəbər lenti

Xəbər lenti