...

Azərbaycan gəmilərin Rusiyanın daxili sularına keçməsi üçün razılığı martda alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (XDG) gəmilərinin Rusiyanın daxili sularına keçməsi üçün razılığın verilməsi məsələsi Rusiya Federasiyasının Nəqliyyat Nazirliyində nəzərdən keçirilir. Bu barədə XDG-dən bildiriblər. Nazirliyin təsdiqindən sonra təkliflər Rusiya hökumətinə göndəriləcək. İcazənin təsdiq edilməsi mart ayına planlaşdırılır, belə ki, aprelin 15-də Volqadon kanalında naviqasiya açılacaq.

XDG Rusiyanın daxili su yolları ilə hərəkətlə bağlı 27 gəmi üçün razılıq əldə etmək niyyətindədir. Bu razılıqdan 2008-ci ilin naviqasiya dövründə Qara və Xəzər dənizlərində fəaliyyt göstərən XDG gəmilərinin hərəkəti üçün istifadə olunması nəzərdə tutulub.

Rusiyanın daxili sularına Azərbaycan gəmilərinin keçidi üçün razılıqla bağlı vəziyyət dəyişilməz qalacaq. Belə ki, bir gəmi bir dəfə Xəzərə keçə və Qara dənizdəki daimi iş yerinə geri qayıda bilər. Bu problemin həlli üçün Rusiyanın normativ-hüquq aktlarına dəyişiklik edilməlidir.

2007-ci ildə Gəmiçilik Rusiya hökumətindən 28 razılıq alıb. Lakin alınan razılıqlara baxmayaraq, RF daxili sularına keçid üçün uzunmüddətli müqavilə bağlamağa ümid edir. Bu məsələnin həlli üçün Rusiyada nəinki Dəniz Məcəlləsinin, həmçinin mövcud qanunvericiliyin dəyişdirilməsi lazımdır.

Xəbər lenti

Xəbər lenti