...

Azərbaycanda ərzaq məhsullarının qiyməti bayramqabağı artacaq - ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2008 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 mart / " , müxbir Ü.İsmayılova / Azərbaycanda Novruz bayramı ərəfəsində ərzaq məhsullarının qiyməti 25 faiz artacaq. Bu haqda cümə axşamı "Azərbaycanın Azad İstehlakçılar Birliyi"nin rəhbəri Eyyub Hüseynov məlumat verib.

"Əsasən bayram ənənələrinə uyğun olraq kulinariyada işlənən ərzaq məhsullarının qiyməti artacaq" - deyə Hüseynov bildirib. Azərbaycanda yazın gəlişi ilə bayramı martın 20-21-də qeyd olunur. Bu günlərdə qoz, yumurta, maya, yağ, düyü, üzüm və un məhsullarına tələbat kəskin surətdə artır.

Hüseynov bildirib ki, "bayram" ərzaqlarına 25 faizlik artımla yanaşı, ət və tərəvəzlərin də qiyməti 10 faiz bahalaşacaq.

Onun sözlərinə görə, ərzaq məhsulları üzrə qiymətlərdə yaz artımı ölkədəki inflyasiya səviyyəsinin 8 faizini təşkil edəcək. Ümumilikdə il ərzində yeyinti məhsulları üzrə qiymət artımı daha 25 faiz bahalaşacaq, ilin sonuna isə inflyasiyanın səviyyəsi ərzaq məhsullarının hesabına minimum 20 faiz təşkil edəcək.

"Azərbaycanın Azad İstehlakçılar Birliyi" QHT-si Ümumdünya Ərzaq Təşkilatının üzvü olub. Təşkilat 1997-ci ildən fəaliyyət göstərir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti