...

Azərbaycan bazarında moçarella pendirində dioksin yoxdur – Italfromage

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2008 16:57 (UTC +04:00)
Azərbaycan bazarında moçarella pendirində dioksin yoxdur – Italfromage

Azərbaycan, Bakı, 29 mart/ " müxbir Ü.İsmayılova/ Azərbaycanda moçarella italyan pendirinin istehsalı üzrə yeganə zavod Italfromage bildirir ki, şirkət tərəfindən istehsal edilən və reallaşdırılan məhsulda dioksin yoxdur. Zavodun keyfiyyət üzrə meneceri Gülarə Süleymanova şənbə günü Trend -a bildirib ki, zavod pendir istehsalı zamanı yalnız yerli inqrediyentlərdən istifadə edir və əlavələri idxal etmir.

"Yerli pendirlərdə dioksinin olması mümkün deyil. İtaliya moçarellosu ilə yeganə əlaqə, pendir istehsalı zamanı italyan texnikasından istifadədir", - Süleymanova bildirib.

Bu həftə Avropa Komissiyası üzvünün mətbuat katibi Nina Papadulaki bildirib ki, Avropa Komissiyası tərkibində yüksək miqdarda dioksinin aşkar edilməsinə görə, Aİ ölkələrinə İtaliyadan məşhur moçarella markalı pendirin ixracına qadağa qoyacağı ilə hədələyib. İtaliya hakimiyyəti müvəqqəti olaraq 80 fermer təsərrüfatında bu pendirin istehsalını dayandırıblar.

Yoxlamalar nəticəsində aydın olub ki, hökumət tərəfindən yoxlanılan 130 fermadan 25-də moçarella pendirinin tərkibində təhlükəli zəhərli maddə - dioksin standartdan çoxdur. The New York Times qəzeti yazır ki, zəhər pendirə şirkətin Neapoldakı inzibati mərkəzində zibil böhranı ilə əlaqədar düşə bilər. Zibilxanalar dolduğu üçün, şəhər 2007-ci ilin dekabrından tullantıları utilizasiya edə bilmir. Dioksinin zibillikdə otlayan inəklərin qidasına düşməsi mümkündür.

Azərbaycanın Sanitar-Epidemioloji Mərkəzinin Qida Gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev bildirib ki, Italfromage daimi olaraq mərkəzin əməkdaşları tərəfindən yoxlanılır. "Pendirin keyfiyyətində problem yoxdur", - o qeyd edib.

Lakin ölkənin Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, azərbaycanlı mütəxəssislər hər hansı bir qida məhsulunda dioksinin olmasını aşkar edə bilməzlər. Hüseynov istisna etməyib ki, Azərbaycan istehlakçıları arasında məşhur olan moçarella pendirində dioksin var. Lakin ölkənin laboratoriyaları texniki imkanların olmamasına görə, istehlakçını bu maddədən sığorta edə bilməzlər.

Sanitar-Epidemioloji Mərkəzinin Qida Gigiyenası Azərbaycanda qida məhsullarında dioksinin müəyyən edilməsi üçün həm avadanlıq, həm də metodikanın olmamasını təsdiqləyib. Belə ki, dioksinlər yerli istehsal mallarının təhlükəsizlik meyarına daxil deyil.

Dioksin - polixlorlaşdırılmış politsiklik birləşmələrdir. Kumulyativ zəhərdir və təhlükəli ksenobiotiklər qrupuna aid edilirlər. Bunlar güclü mutagen, immundepresant, kanserogen, teratogen və embriotoksik təsirə malik qlobal ekotoksikantlardır.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti