Azərbaycan, Bakı, 04 avqust/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, avqustun 4 -də USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8084 AZN təşkil edib. Bu barədə Birjanın bazar ertəsi yayılan məlumatında deyilir.
BEST sistemində keçirilən səhər sessiyasinin açılış məzənnəsi hər ABŞ dollara görə 0,8086 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.
BEST-in gündüz sessiyanda USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 1 535 960 AZN təşkil edib. Gündüz sessiyasinin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,8084 AZN təşkil edib.
Hər iki sessiyanın nəticələrinə görə ümumi həcm USD/AZN aləti üzrə $ 1 900 000 və ya 1 535 960 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 383 990 ABŞ dolları düşür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.
BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararasi kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 16,14%, ABŞ dolları üzrə isə, illik 17,00 % təşkil edib.
Gün ərzində banklar arasında həcmi 1 000 000 AZN müddəti 1 gün, faiz dərəcəsi illik 11,00% 1 əqd qeydə alınıb.