...

Bakı Fond Birjasında DQİ-nin əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2008 21:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend / 08 avqust 2008-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10303820S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə birjanın cümə günü yayılan məlumatında bildirilir.

Bir investor tərəfindən təqdim olunan sifarişin nominal üzrə ümumi məbləği 364 600 manat təşkil edib.

Sifariş 95.65% (gəlirlik 11.53%) qiymətində təqdim edilib.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.65% (gəlirlik 11.53%) orta ölçülmüş qiymət - 95.65% (gəlirlik 11.53%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 364 600 manat məbləğində müəyyən edilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 30 dekabr 2008-cı ildir.

Xəbər lenti

Xəbər lenti