...

Qlobal iqtisadi səngimə inkişafda olan ölkələrdə kredit təkliflərinin azalmasına səbəb ola bilər - Fitch

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir İ.Xəlilova/ Avropa, Yaxın Şərq və Afrikanın inkişafda olan ölkələrində verilmiş ipoteka kreditləri üzrə defolt səviyyəsi hər bir kreditor üçün ayrı-ayrılıqda qiymətləndirilməlidir. Belə ki, məlumatların dayandığı müqayisəli dərəcədə qısa tarixi dövr və bazar standartlaşdırmasının yoxluğu ölkə miqyasında defolt ehtimalları üzrə gümanların qəbulunu çətinləşdirir, Fitch Ratings beynəlxalq reytinq agentliyinin hesabatında qeyd edilir.

Fitch inkişaf edən bazarlardan məhdud sayda kreditorlar və milli təşkilatların (mərkəzi banklar və ya kreditor assosiasiyaları kimi) təqdim etdiyi məlumatlar əsasında hələ ki, inkişaf edən iqtisadiyyatlı dövlətlər üçün defoltlar üzrə ümumölkə ehtimalları edə bilməz.

"Buna görə də reytinq agentliyi hesab edir ki, inkişafda olan bazarlarda ipoteka kreditləri üzrə defolt ehtimalının qiymətləndirilməsi kreditlərin əsasən hər bir borc üzrə təqdim etdikləri ətraflı məlumata əsaslanmalıdır", - Fitch-in mənzil ipoteka qiymətli kağızları üzrə analitik qrupunun kiçik direktoru Nikolya Arduan bildirib.

Tarixi göstəricilərin təhlili reytinq prosesinin vacib tərkib hissəsidir və artıq Qazaxıstanda baş verdiyi kimi bir sıra inkişafda olan ölkələrdə kredit təkliflərinin və mənzil daşınmaz əmlakının qiymətlərinin azalmasına gətirə biləcək cari qlobal iqtisadi səngiməkontekstində xüsusilə aktualdır. (Hazırda Azərbaycanda kreditləşmə templərinin azalması müşahidə olunur və əksər banklar sentyabrdan ipoteka və istehlak kreditlərinin verilməsini dayandırıblar).

Hesabatda Fitch-in inkişaf edən bazarlarla sekyuritizasiya sazişlərinə reytinqlərin verilməsinə mərhələli yanaşması ifadə edilir, məlumatların yığılması və təqdim edilməsi məsələləri nəzərdən keçirilir, həmçinin təhlildə belə ölkələrdə iqtisadi dəyişkənliyin təhlildə hansı şəkildə nəzərə alınması izah edilir. Hesabat suveren reytinqlər, ölkə reytinqinin yuxarı həddi və müvafiq dövlətin makroiqtisadi konyukturasının inkişafda olan bazarlarda ipoteka sekyuritizasiyası sazişlərinin reytinqində necə diqqətə alındığını göstərir.

Hesabatda agentliyin xarici valyutada olan kreditlərin təminat qismində çıxış etdiyi və valyuta məzənnəsinin dəyişməsinin borc götürənlərin öz ipoteka kreditlərinə xidmət göstərmək qabiliyyətinə və defolt baş verdiyi halda aktivlərin qaytarılma perspektivlərinə mümkün təsirinin nəzərdən keçirildiyi sazişlər üzrə valyuta riskinə yanaşmasına xüsusi diqqət ayrılır.  Bundan əlavə, digər aspektlər arasında valyuta stress-testlərinin reytinq təhlilində hansı şəkildə nəzərə alınması izah edilir və müxtəlif reytinq şkalası səviyyələri üçün onların təxmini böyüklüyü göstərilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti