Qırğızıstan, Bişkək, 11 oktyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Avrasiya İqtisadi Birliyinə (AvrasiyaİB) üzv ölkələr cümə günü Avrasiya İB - in Dövlətlərarası Şurasının Bişkəkdə keçirilən iclasında gömrük ittifaqının və vahid iqtisadi məkanın yaradılması ideyasını təsdiq ediblər.
İclasda, həmçinin, AvrasiyaİB çərçivəsində gələcək inkişaf məsələləri - su Konsorsiumunun yaradılması, sudan istifadənin və hidroenergetikanın problemləri müzakirə edilib.
Avrasiya İB ona üzv təsisçi - ölkələrin (Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan) ümumi xarici gömrük sərhədlərinin formalaşdırılmasına, vahid xarici iqtisadi siyasətin, tariflərin, qiymətlərin və ümumi bazarın digər tərkib hissələrinin işlənilməsinə yönələn beynəlxalq iqtisadi təşkilatdır.
2000 - ci il oktyabrın 10 - da Qazaxıstanın paytaxtında Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan prezidentləri Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalayıblar. 2002 - ci ilin mayında Moldova və Ukrayna rəhbərliklərinin xahişi ilə bu dövlətlərdə AvrasiyaİB - də müşahidəçi statusu verilib. 2006 - cı ildə Özbəkistan Avrasiya İqtisadi Birliyinə daxil olub.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]