Azərbaycan, Bakı, 11 oktyabr/ Trend , müxbir N.İsmayılova/Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sərmayə müsabiqəsinə "Gəncə Mənzil Tikinti"SC-nin (yaşayış binaları tikintisi üzrə) səhmlərinin 99,96 faizini çıxarıb, - şənbə günü Dövlət Komitəsindən bildiriblər. Sərmayə müsabiqəsinə çıxarılan paketə standart paketin 85 faizi və səhmlərin əmək kollektivi üzvlərinə güzəştli satışından qalan 0,67 faiz daxildir.
Müəssisə dəmir - beton malları və tikinti - montaj işləri üzrə ixtisaslaşıb. Sərmayədarın vəzifəsinə istehsalın keyfiyyətinin artırılması daxildir. Buna görə təqdim olunan sərmayə proqramında yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatı üzrə təkliflər nəzərdə tutulmalıdır.
Dövlət büdcəsinə 1 mln.manat verilməsi və təqribən 7 min özəlləşdirmə çekinin hesabdan silinməsi üçün (xarici sərmayədarlar üçün də eyni sayda) dövlət büdcəsi və Dövlət Komitəsinə 70 min manat verilməsi üzrə təklif olmalıdır. Müsabiqə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı sərmayədarın niyyətinin ciddiliyinin təsdiq edilməsi üçün, iddiaçılar istənilən bankın təqribən 300 min manat məbləğində zəmanət kağızını təqdim etməlidirlər.
Onlar müəssisənin özəlləşdirmə planı ilə tanış ola və Bakı şəhəri, Y.Səfərov küçəsi 20, otaq.810, telefon: 490-24-08 (242) ünvanından 2008 - ci il 11 noyabr saat 10.00 - dan 17.30 - dək müsabiqə barədə əlavə informasiya əldə edə bilərlər. Sənəd və təkliflər noyabrın 11- dək saat 10.00 - dan 17.30 - dək qəbul olunur. Təkliflərin qiymətləndirilməsi prosesi 2008 - ci il noyabrın 19 - da saat 10.30- da keçiriləcək.
SC - nin Nizamnamə kapitalı 2 697 092,8 manatdır. Hər Səhmin nominal qiyməti 2 manatdır. Müəssisə 1979 - cu ildə istismara verilib.
Onun öhdəlikləri 136 404,7 manat, o cümlədən əməkhaqqı üzrə borcları 1 499,8 manat təşkil edir. Müəssisənin debitor borcları 248 948,6 manatdır.
"Gəncə Mənzil Tikinti"SC - nin işçilərinin sayı 7 nəfərdir.
Noyabrın 11-n ə olan cari məzənnə 0,8099 AZN/USD təşkil edir.