...

Bakı metropoliteni yeni iş rejiminə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2008 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Cümə axşamı Bakı metropoliteni son 17 ildə qatarların hərəkəti üzrə ən yüksək iş rejiminə keçib, - cümə axşamı metropolitendəki işlərə yaxın mənbə deyib.

Metronun yeni rejimi gərgin saatlarda sərnişinlər metrodan istifadə etdiyi zaman qatarlar arasındakı vaxt intervalının 2 dəqiqə azaldılamsını (saatda hər iki istiqamətdə 30 qatar) nəzərdə tutur. "Gərgin saatlarda qatarlar arasındakı vaxt intervalı 2,5 dəqiqəyədək (saatda 24 qatar), minimal sərnişin fəllığında isə 3 dəqiqəyədək (saatda 20 qatar) azalır", - mənbə bildirib.

"Bu əla göstəricidir. Bakı metropoliteni bu rejimdə ən azı 17 ildir ki, işləməyib", - mənbə vurğulayıb.

Yeni rejimin tətbiqi metropoliten stansiyalarındakı gəginliyi və sərnişin toplaşmasını azaltmağa imkan verəcək.

Qatarların hərəkət sürətinin artırılması sürət məhdudiyyəti olan bir neçə stansiya və məntəqələrdə aparılmış texniki işlər sayəsində mümkün olub. Bu işlərin nədən ibarət olduğunu mənbə aydınlaşdırmayıb.

Əvvəllər Bakı metropoliteni iki rejimdə işləyib. Qış fəslində qatarlar arasındakı interval 2,5 dəqiqə, yay vaxtlarında isə 3 dəqiqə olub.

"Metropoliten tərəfindən yeni vaqonların alınması qatarlar arasındakı intervalın artırılması prosesini daha da sadələşdirəcək. Belə ki, metropliten noyabrın əvvəlində Rusiyanın "Metrovaqonmaş"ASC -nin ("Transmaşholdinq"in tərkibinə daxildir) istehsalı olan 10 yeni vaqon almalıdır", - mənbə bildirib.

ASC ilə müqaviləyə əsasən, Bakı metropoliteni ümumilikdə 36 yeni vaqon almalıdır (müvafiq olaraq 14 baş və 22 aralıq məsafə üçün). Metropoliten ilk 10 vaqonu mayda alıb. Qalan 16 vaqonun dekabrda alınması planlaşdırılıb.

"Metronun yeni stansiyalarının açılması vaqonlara tələbatı artırır. Yeni vaqonların alınması qatarların hərəkətindəki vaxt məsafəsini azaltmağa da kömək edəcək", - əvvəllər metropolitendən qeyd ediblər.

Bakı metropoliteni "İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasınadək üç aralıq stansiya ilə 1967-ci ildən fəaliyyət göstərir. Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 may", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərin enişli, "Bakmil" - yerüstü, qalanları isə sütunlu, dayaz enişlidir (cəmi 20 stansiya).

Oktyabrın 9 -da "Nəsimi" stansiyası istismara verilib.

Xəbər lenti

Xəbər lenti