...

Dövlət özəl şirkətləri ələ keçirməyəcək – ABŞ prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2008 19:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Dövlətin  maliyyə böhranının həlli  sahəsində gördüyü tədbirlər kredit sistemi buzunu əritməyə kömək etsə də, bunun üçün vaxt tələb olunur, - ABŞ prezidenti Corc Buş bildirib. Onun nitqi "Vesti" telekanalının birbaşa efirində yayımlanıb.

"Texniki məsələlər var və biz onları həll edən kimi amerikalılar faydanı hiss edəcəklər", - Buş bildirib.

Prezidentin sözlərinə görə, hökumət likvidliyin artırılması və iqtisadi sistemin mühərriklərinin işləməsi üçün presedentsiz tədbirlər görür.

"FES (Federal Ehtiyat Sistemi) maliyyə bazarında likvidliyin yaranması məqsədilə yüzlərlə milyard dollar vəsait buraxıb. O, həmçinin, bank və maliyyə institutlarına kömək edə biləcək kommersiya kağızlarının dəstəklənməsi üzrə yeni proqramın başladığını elan edib. Hökumət istehlak biznesləri və sərmayələrin müdafiəsi haqqında yeni proqramı işə salıb, əmanətlərin sığortası üzrə federal proqram yaradılıb", - Buş bildirib.

ABŞ prezidenti qeyd dib ki, dövlətin müdaxiləsi zamana və həcmə görə məhdud olacaq.

"Dövlət heç bir özəl firmanı idarə etməyəcək. Bu, özəl firmaların ələ keçirilməsi deyil", - Buş bildirib.

Onun sözlərinə görə, dövlətin müdaxiləsi olmasaydı, maliyyə sistemi şişərdi.

"Kiçik səhmlərin alınması ilə yalnız sərmayədarlara yaşamalarında kömək etmək istəyirik", - prezident əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti