...

Azərbaycan parlamenti müəllif hüquqlarının pozulmasına görə cərimə sanksiyalarını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2008 21:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbirlər Ü.İsmayılova, İ.Xəlilova/ Çərşənbə axşamı Azərbaycan parlamentində "Müəllif və qarışıq hüquqlar haqqında" Qanuna  cərimə sanksiyalarının artırılmasını nəzərdə tutan əlavə və dəyişikliklər təsdiq edilib.

Təsdiq edilmiş düzəlişlərə əsasən, müəllif hüquqlarının ciddi şəkildə pozulması zamanı, pozucu 100 manatdan 150 manatadək cərimə ediləcək və ya 160 saatdan 240 saatadək həbs ediləcək.

Müəllif hüquqlarının təkrar pozulması zamanı əmlakın müsadirəsi ilə 500 manatdan 1000 manatadək cərimə və üç ilədək həbs cəzası təsdiq edilib.

Hüquqların müəllifinə nisbətən az zərər vurularsa, Qanunu pozandan pirat məhsulun müsadirəsi ilə, 15 manatdan 40 manatadək cərimə alınacaq.

Müəllif hüquqlarının müddəti müəllifin ölümündən sonra 50 ildən 70 ilədək uzadılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti