...

Avropa ölkələrinin avroya keçməsi maliyyə böhranı problemlərinin həllinə kömək etməyəcək – Qərb ekspertləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2008 10:50 (UTC +04:00)
Avropa ölkələrinin avroya keçməsi maliyyə böhranı problemlərinin həllinə kömək etməyəcək – Qərb ekspertləri

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbirlər A.Bədəlova, Y.Ostapenko/ Avropa ölkələrinin avroya keçməsi maliyyə böhranı problemlərinin həllinə kömək etməyəcək, - Trend -ın sorğu apardığı ekspertlər hesab edirlər.

"Əsl böhran valyuta böhranı yox, bank və maliyyə institutlarının böhranıdır", - Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin (ECİPE) direktoru Frederik Erikson (Fredrik Erixon) çərşənbə günü elektron poçtla Trend -a bildirib.

Maliyyə böhranı şəraitində avrozonaya daxil olmaq niyyətini səsləndirmiş ilk ölkə Danimarka olub. "Politiken" qəzetində dərc edilmiş sorğunun nəticələrinə əsasən, bu ölkə vətəndaşlarının 52 faizi əmindir ki, ölkədə Danimarka kronunun əvəzinə vahid Avropa valyutası tətbiq etmək lazımdır. Danimarkanın Baş naziri Foq Rasmussen 2011-ci ilədək - hökumət başçısı vəzifəsi müddətinin başa çatmasınadək, ölkədə Avropa İttifaqlı ilə münasibətlərdə müvafiq düzəlişin saxlanılmasının məqsədəuyğunluğu haqqında referendum keçirmək niyyətində olduğunu bəyan edib.

Danimarkanın Aİ-yə üzvlüyü Aİ komissiyası ilə hələ 1993-cü ildə razılaşdırılmış dörd düzəlişlə şərtlənib. Danimarka birgə Silahlı Qüvvələrin formalaşdırılmasında iştirakdan və ümumiAİ vətəndaşlığı fikrindən imtina edib.

"Əvvəlki böhranların çoxu valyuta siyasəti ilə bağlı olsa və ya ondan irəli gəlsə də, indiki böhran istisnadır", - Erikson bildirib.

Onun rəyinə görə, Avropa İttifaqı  üzvlərinin sayının artması iqtisadi resessiya şəraitində fiskal fəaliyyətin uzlaşdırılmasına cüzi kömək edə bilər.

Avropa İnstitutunun iqtisadiyyat professoru Yen Beqin (İain Begg) sözlərinə görə, əsas səbəb belədir ki, Avropa valyutasının olmasına baxmayaraq, Avropa vergi ödəyiciləri yoxdur, milli maliyyə nazirlikləri isə, bankları xilas etməli və fiskal siyasətdən istifadə etməlidirlər.

Digər tərəfdən, Beq hesab edir ki, "maliyyə" müxtəlifliyinə valyuta böhranı da əlavə edilsə, böhranın öhdəsindən gəlmək çətin olacaq.

Avropanın bütün ölkələrinin avroya keçməsi şəraitində Amerika dollarının mövqeyinin mümkün zəifləməsində dair ekspertlərin rəyi müxtəlifdir.

"Ehtiyat valyuta kimi avrodan istifadənin bir növ artması müşahidə edilsə də, dollar əvvəlki kimi öz ehtiyatlarını bu valyutada saxlayan ölkələr tərəfindən təhlükəsiz variant qismində nəzərdən keçirilir", - Beq hesab edir.

Eriksonun sözlərinə görə, indiyədək dollar dünyada əsas ehtiyat valyutasıdır. Lakin Avrozona artdıqca, avro dünya bazarlarında üzərinə daha əhəmiyyətli rol götürə və ehtiyat valyutası funksiyalarının bir hissəsini dollardan ala bilər.

Onun sözlərinə görə, avro aparıcı dünya valyutası roluna iddia edirsə, Avrozonada sabitliyi möhkəmləndirmək və maliyyə baxımından likvidli bazarları artırmaq lazımdır.

Uzunmüddətli perspektivdə Erikson dolların, avronun və digər inkişafda olan ölkələrin  Çin yuanı kimi valyutalarının böyük diversifikasiyasını gözləyir.

Ekspertlər hesab edirlər ki, Danimarkanın Avrozonaya daxil olması bu zonaya daxil olmayan digər Avropa ölkələrinin avroya keçməsinə səbəb olmayacaq.

"Şərqi və Mərkəzi Avropada bəzi ölkələr indiyədək Avrozonaya üzvlüyə iddia edirlər. Lakin maliyyə böhranı bu prosesi çətinləşdirib və valyuta siyasətində olan problemləri vurğulayıb", - Erikson bildirib.

Onun rəyinə görə, Danimarkanın Avrozonaya qoşulmaq üzrə artan marağı müvəqqətidir.

Erikson hesab edir ki, Danimarkadan sonra avronun qəbuluna daha meylli yeganə ölkə İsveç ola bilər.

"Lakin avronun qəbulu üzrə referendumun keçirilməsi bir neçə il çəkə bilər", - o əlavə edib.

Beq də Danimarkanın avroya dair siyasi məsləyinin davamsız olması ilə bağlı belə rəydədir.

"Danimarkalılar üçün bu yalnız valyuta məsələsi olmayıb, həm də ölkənin muxtariyyəti ilə bağlı məsələdir", - Beq bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti