Azərbaycan, Bakı, 19 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev mərkəzi icra orqanlarının rəhbərlərinin təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən Abbas Abbas oğlu Ələsgərov Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;
Arif Xanoğlan oğlu Qaraşov Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi;
Arif Mikayıl oğlu Vəliyev Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri;
Arif Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru;
Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi;
Ataxan Əvəz oğlu Paşayev Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi;
Aydın Əli oğlu Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri;
Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi;
Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri;
Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;
İskəndər Hüseyn oğlu Çəndirli Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru;
Kamran Sultan oğlu İmanov Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri;
Kərəm Əvəz oğlu Həsənov Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin
sədri;
Qərib Şamil oğlu Məmmədov Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri;
Qüdrət Qəmbər oğlu Qurbanov Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi;
Nazim Hüseyn oğlu İbrahimov Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri;
Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri;
Rüfət Cəbrayıl oğlu Aslanlı Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri;
Səlim Yanvar oğlu Müslümov Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun sədri təyin edilib.