...

Obamanın antiböhran planı Amerika iqtisadiyyatını qismən xilas edəcək – Qərb ekspertləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2008 11:04 (UTC +04:00)
Obamanın antiböhran planı Amerika iqtisadiyyatını qismən xilas edəcək – Qərb ekspertləri

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir A.Bədəlova/ ABŞ - ın yeni seçilmiş prezidenti Barak Obamanın irəli sürdüyü Amerika iqtisadiyyatının stimullaşdırılması üzrə tədbirlər paketinin səmərəliliyi onun lazımi məqsədyönlülüyündən asılı olacaq, - beynəlxalq ekspertlər hesab edirlər.

"Obamanın stimullaşdırıcı paketinin sonrakı dəstəyi lazımi şəkildə məqsədyönlü olsa, o səmərəli olacaq", - İraq Mərkəzi Bankının valyuta siyasəti üzrə baş müşaviri,  Beynəlxalq Valyuta Fondunun keçmiş əməkdaşı Uorren Kots (Warren Coats) çərşənbə günü Trend -a bildirib.

Prezident Obama ABŞ - dakı maliyyə böhranının aradan qaldırılması məqsədilə  yolların və körpülərin təmiri, məktəblərin müasirləşdirilməsi, alternativ enerji mənbələri sahəsinin, orta amerikalı üçün vergi yükünün azaldılması hesabına, 2,5 mln. iş yerinin saxlanılması və yaradılmasını nəzərdə tutan plan təklif edir.

Bu həftə Obama gələcək iqtisadi komandasında vəzifələrə bütün əsas namizədlərin adlarını açıqlayıb və indi onları Senat təsdiqləməlidir. Maliyyə naziri vəzifəsinə Tim Geytner (Tim Geithner) - Nyu-York Federal Ehtiyat Bankının keçmiş rəhbəri, Milli İqtisadi Şuranın rəhbəri vəzifəsinə - Larri Sammers (Larry Summers) - keçmiş maliyyə naziri təyin edilib.

Britaniyanın iqtisadi tədqiqatlar üzrə Capital Economics Konsaltinq Şirkətinin iqtisadçısı Con Hiqqinsin (Warren Coats) rəyinə görə, ABŞ iqtisadiyyatı hələ də ağır problemlərlə qarşılaşır, vergilər və dövlət xərclərinin azaldılması isə, bu problemlərin öhdəsindən gəlməyə qismən kömək edəcək.  

Kotsun sözlərinə görə, Amerika iqtisadiyyatı istehlakdan sərmayələrə son dərəcə zəruri olan keçidə dəstək göstərmək üçün maliyyə sektoruna etibarın bərpasına ehtiyac duyur. "Ailələrə daha çox yığmaq və daha az xərcləmək, maliyyə sektoruna isə, sərmayələrin yatırılması zamanı borc vəsaitlərindən istifadəni azaltmaq və kreditləşdirmə standartlarını yüksəltmək lazımdır", - Kots bildirib.

Onun sözlərinə görə, problem ondan ibarətdir ki, zəruri düzəlişlər çox tez edilərsə, iqtisadiyyat resessiyaya atıla bilər. Federal Ehtiyat Sistemi, ABŞ Maliyyə Nazirliyi, Federal Bank Əmanətlərinin Sığortalanması Korporasiyası və digər orqanlar bazarın likvidliyinin təmin edilməsi üçün kifayət qədər aqressiv addımlar atıb və ödəməqabiliyyətli banklara əlavə kapital yeridiblər. Kots hesab edir ki, bu tədbirlər bank və kreditləşdirmə bazarını yaxın aylarda normal vəziyyətə gətirməyə kömək etməlidir.

Onun rəyinə görə, risk belədir ki, resessiyanın yumşaldılması üzrə tədbirlər pis müəssisə və düşüncəsiz borclananlarda bazar intizamnı (mənəvi risk) azalda və yeni qabarcıqların yaranmasına gətirə bilər.

"Bundan əlavə, yaxın bir neçə ildə, xüsusilə də pensiya təminatı və tibbi xidmət öhdəliklərindən irəli gələn dövlət büdcəsi kəsirinin azaldılması üçün zəruri olan səylərin ağırlaşması riski var", - Kots bildirib.

Kornel Universitetinin (ABŞ) makroiqtisadiyyat professoru İuan Azis (Iwan Azis) hesab edir ki, stimullaşdırıcı tədbilər həm müsbət, həm də mənfi nəticəli ola bilər.

"Məsələ ondadır ki, maksimal faydalı və minimal əlavə səmərəli qərar tapmaq lazımdır", - Azis çərşənbə günü elektron poçtla Trend -a bildirib.

Onun sözlərinə görə, Obamanın siyasətinin iki istiqaməti var: qısamüddətli və uzunmüddətli. Qısamüddətli siyasət iki istiqamətlidir: 2,5 mln. iş yerinin yaradılması və orta təbəqəyə kömək etməklə, iqtisadiyyatın real sektorunun stimullaşdırılması və sakit olmayan maliyyə sektorunun xilas edilməsi.

Azis hesab edir ki, fiskal kəsirin artması qısamüddətli siyasətin arzuolunmaz səmərəsi ola bilər. Azisin sözlərinə görə, Obmanın "xərclərin azaldılmasının" zəruriliyi haqqında çərşənbə günü verdiyi bəyanat uzunmüddətli siyasətdir.

Obama federal büdcəyə dəyişikliklərin edilməsinə nail olmaq niyyətində olduğunu səsləndirib. ABŞ - ın yeni seçilmiş prezidenti bəyan edib ki, eyni vaxtda kəsirin artması və batan iqtisadiyyatla qarşılaşarkən, büdcə islahatları hərəkət variantı deyil, zərurətdir.

Azisin sözlərinə görə, belə siyasətin səmərəliliyi xeyli dərəcədə realizədən və qısamüddətli problemlərin həlli paketlərinin hər biri üzrə dəqiq addımlardan asılıdır.

Azis hesab edir ki, təklif edilən proqramların hamısı olmasa da, əksəriyyəti ABŞ iqtisadiyyatının gələcək tənəzzülünün qarşısını alacaq. Azisin bildirdiyinə görə, başlıca məqam deflyasiyanın qarşısının alınmasıdır.

"İqtisadiyyat deflyasiya mərhələsinə daxil olarsa, bu vəziyyətdən çıxmaq üçün uzun zaman lazım olacaq. 1990 - cı illərin əvvəlində Yaponiyada başlamış resessiya buna nümunədir", - Azis bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - с[email protected]

Xəbər lenti

Xəbər lenti