...

İlk dəfə olaraq 2008-ci ildə Azərbaycan əhalisinin sayı mühacirlərin hesabına artıb (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2009 15:52 (UTC +04:00)
İlk dəfə olaraq 2008-ci ildə Azərbaycan əhalisinin sayı mühacirlərin hesabına artıb (video)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir İ.Xəlilova/

İlk dəfə olaraq 2008-ci ildə Azərbaycan əhalisinin sayı ölkəyə 800 nəfərin miqrasiyası nəticəsində mexaniki artım hesabına qismən çoxalıb, - Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev cümə günü bildirib.

"İndiyədək ölkə əhalisi təbii artım hesabına, yəni doğum hesabına artırdı. Lakin ötən il ölkəyə gələnlərin sayı ölkədən gedənlərin sayını ötüb", - Vəliyev deyib.

2009-cu ilin əvvəlinə olan vəziyyətə görə, respublika əhalisinin sayı 1,2 faiz artaraq 8,73 mln. nəfər təşkil edib. Ötən il doğum 152 min nəfərə bərabər olub, 52,5 min yeni doğulmuş körpə ölüb. Bununla yanaşı, təbii artımın hesabına 99,6 min nəfər düşüb.

Hazırda Azərbaycanda hər 1 min kişiyə 1027 qadın düşür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti