...

Azərbaycan-Belarus komissiyasının iclasında imzalanacaq sənədlər hazırlanır – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Mart 2009 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbirlər E.Rüstəmov, E.İsmaylov /

Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviçin cümə axşamı jurnalistlərə dediyinə əsasən, aprelin üçüncü dekadasında Bakıda keçirləcək Azərbaycanla Belarus arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında 10-a yaxın sənədin imzalanması gözlənilir. 

Səfirin sözlərinə görə, hazırda imzalana biləcək razılaşmalar üzərində iş gedir.

"Dəqiq hansı sənədlərin imzalanacağını deyə bilmərəm. Hazırda 10 sənəd işlənilir", - Paskeviç deyib.

Onun sözlərinə əsasən, sənədlər tibb məsələləri, sosial sfera, gənclər siyasəti, səhmlərin qorunması və digər sahələri əhatə edir. 

"Təyin olunan vaxta qədər hansı sənədlər hazır olarsa onlar imzalanacaq", - səfir qeyd edib.

Hökumətlərarası komissiyanın ötən iclası 2007-ci ilin mart ayında baş tutub və "Azərbaycan və Belarus arasında 2015-ci ilədək uzun müddətli sosial-iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri" sənədi imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti