...

Azercell DataKart paketlərinin həcmini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2009 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend / 

Azərbaycanın Mobil rabitə operatoru Azercell Telecom, aprelin 10-dan etibarən Data Paketləri üzrə verilən meqabaytların (MB) həcmini artırıb. Şirkətin məlumatında bildirilir ki, indi əvvəlki tariflər qalmaqla Azercell Fakturalı xətt abonentləri 25 MB GPRS paketinin əvəzinə 30 MB, 50 MB GPRS paketi əvəzinə 60 MB və müvafiq olaraq 150 MB GPRS paketində 300 MB əldə edəcəklər.

30 MB GPRS paketinin qiyməti 5 manat, 60 MB GPRS paketininin qiyməti 9 manat, 300 MB GPRS paketininin qiyməti isə 20 manat təşkil edir.

"Azercell" DataKart xidmətinin köməyi ilə abonent internetə, elektron poçtuna, korporativ şəbəkələrə istənilən vaxt və istənilən yerdə çıxış əldə edə bilər. "Azercell"in DataKart xidməti vasitəsilə abonent istənilən yerdə internetə qoşulmaq imkanı əldə edir. Bundan başqa, DataKart özündə güclü SMS redaktoru və SMS-ləri oxumaq üçün proqramı cəmləşdirir.

Xəbər lenti

Xəbər lenti