...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2009 14:08 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 18 may / Trend , müxbir N.İsmayılova /

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0002 bənd ucuzlaşıb (0,02 faiz). Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,8035 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi mayın 14-15-də 1 ABŞ dolları üçün 0,8036 manat, minimum isə mayın 12-13-də 1 ABŞ dollarına 0,8034 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

4 may

0,8034

11 may

0,8035

5 may

0,8034

12 may

0,8034

6 may

0,8036

13 may

0,8034

7 may

0,8036

14 may

0,8036

8 may                                                  

0,8035 

15 may                                                  

0,8036 

Həftə ərzində orta

0,8035

Həftə ərzində orta

0,8035

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0003 bənd (0,03 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80278 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): mayın 11-də sövdələşmə qeydə alınmayıb və bu səbəbdən məzənnə dəyişilməz qalaraq 0,8030 AZN/USD təşkil edib, mayın 12-də 0,8028 AZN/USD məzənnəsi ilə $4,67 mln., mayın 13-də - 0,8027 AZN/USD məzənnəsi ilə $3,4 mln., mayın 14-də - 0,8027 AZN/USD məzənnəsi ilə $0,9 mln., mayın 15-də - 0,8027 AZN/USD məzənnəsi ilə $15,6 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

4 may

0,8031

11 may

0,8030

5 may

0,8031

12 may

0,8028

6 may

0,8032

13 may

0,8027

7 may

0,8030

14 may

0,8027

8 may                                                   

0,8030

15 may                                                  

0,8027

Həftə ərzində orta

0,80308

Həftə ərzində orta

0,80278

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyədə - 8 manat səviyyəsində qalıb. Qiymətlərin bu şəkildə enməsi (2009-cu ilin əvvəlində çeklərin yarısının dəyəri 20 manatı ötmüşdü) dövlət əmlakının özəlləşdirilməsi tempinin düşməsi ilə izah olunur. Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti