...

Azərbaycanda İT sahəsindəki aparıcı şirkətlərdən biri 38 faiz adlı istiqraz yerləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2009 20:08 (UTC +04:00)
"15 iyul 2009-cu il tarixindən etibarən Bakı Fond Birjasında (BFB) "AZEL" (Azerbaijan Electronics) QSC-nin faizli adlı sənədsiz istiqrazlarının 38 faizinin yerləşdirilməsinə başlanılıb", - birjanın cümə axşamı yayılan məlumatında deyilir.

Azərbaycan, Bakı, 16 iyul / Trend /

"15 iyul 2009-cu il tarixindən etibarən Bakı Fond Birjasında (BFB) "AZEL" (Azerbaijan Electronics) QSC-nin faizli adlı sənədsiz istiqrazlarının 38 faizinin yerləşdirilməsinə başlanılıb", - birjanın cümə axşamı yayılan məlumatında deyilir.

Hərracda 4 sərmayədar iştirak edib və 1.150.000 USD həcmində istiqraz artıq yerləşdirilib. Xatırladaq ki, emissiyanın ümumi həcmi 3.000.000 USD, istiqrazın nominal dəyəri 100 USD, istiqraz üzrə gəlirlilik 14 faiz, tədavül müddəti isə 730 gün təşkil edir.

"AZEL" QSC-nin istiqrazlarının yerləşdirilməsi davam edir.

Bu gün "AZEL" Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın Korporativ İdarəetmə (ACGP) layihəsində iştirak edən İT sahəsində yeganə şirkətdir. Layihə korporativ idarəetmə təcrübəsində, şəffaf və tam maliyyə hesabatlılığının işlənməsi ilə bağlı məsləhətlər verib və kömək edib. QSC artıq beynəlxalq audit şirkətləri ilə əməkdaşlıq hesabına audit və maliyyə hesabatlılığının beynəlxalq standartlarını tətbiq etməyə başlayıb. AZEL artıq etik kodeksi tətbiq edir ki, bu da korporativ idarəetmədə ən yaxşı təcrübələrdən biridir.

"AZEL" Azərbaycanda sistem inteqrasiyası və İT sahəsində aparıcı şirkətlərdən biridir. Şirkətin səhmdar kapitalı üç milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti