...

Azərbaycanın istehlak bazarında yarım ton istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2009 14:04 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti pərakəndə satış obyektlərində təxminən 480 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlayaraq satışdan çıxarıb, bu barədə nazirliyin cümə axşamı yayılmış məlumatında deyilir. Məhsullar arasında kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivə, sərinləşdirici içkilər, uşaq qidaları və digərləri yer alır.
Azərbaycanın istehlak bazarında yarım ton istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb

Azərbaycan, Bakı, 20 avqust/ Trend /

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti pərakəndə satış obyektlərində təxminən 480 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlayaraq satışdan çıxarıb, bu barədə nazirliyin cümə axşamı yayılmış məlumatında deyilir. Məhsullar arasında kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, pivə, sərinləşdirici içkilər, uşaq qidaları və digərləri yer alır.

Əhalinin istehlak hüquqlarının pozulması faktları Bakının Səbail, Xətai rayonlarında, həmçinin Gəncə, Sumqayıt, Dəvəçi, Qəbələdə keçirilən monitorinqlər zamanı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş bir hüquqi və 17 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 44 hüquqi şəxsə 169 min manat, 303 fiziki şəxsə 455 min manat cərimə tətbiq olunub.

Avqustun 20-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti