Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir Ü.İsmayılova /
Sumqayıt şəhərində (Azərbaycan paytaxtı Bakı şəhərinin 35 kilometrliyində yerləşir) iş axtaranların sayı il ərzində 4,62 min nəfər azalıb, bu barədə şəhər icra hakimiyyətinin cümə axşamı yayılan məlumatında deyilir.
Sumqayıt şəhərinin məşğulluq xidmətinin məlumatlarına əsasən, iyulun 1-nə 13,49 min nəfər iş axtaran qeyd olunub, onların da 708 nəfəri işsiz statusuna malikdir.
Keçirilən fəal tədbirlər nəticəsində yeddi ay ərzində 1,85 min nəfər iş axtaran qeyd olunub, 588 nəfər iş yerləri ilə təmin olunub, 275 nəfər müxtəlif peşə kurslarına göndərilib və 104 nəfər isə ictimai işlərə cəlb olunub.
Yeddi ay ərzində müvəqqəti iş yerləri ilə təmin edilmək məqsədilə əmək birjasında 561 müraciət nəzərdən keçirlib və 385 nəfər müvəqqəti iş yerləri ilə təmin olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]