...

Azərbaycanda sərmayədarların hüquqlarının pozulmasına görə cərimələr artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2009 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend , müxbir N.İsmayılova /

Azərbaycanda 2009-cu ilin yanvar-avqust aylarında ötən ilin analoji dövrü ilə müqayisədə səhmdarların hüquqlarının pozulmasına görə hesablanan cərimələrin ümumi məbləği 83,5 faiz, onların miqdarı isə 88,6 faiz artıb. Bu barədə şənbə günü Qiymətli Kağızlar üzrə Dövlət Komissiyasını məlumatında deyilir.

Hesablama müddəti ərzində Dövlət Komissiyasında 299 Səhmdar Cəmiyyətindən səhmdarların hüquqlarının pozulması ilə bağlı şikayət daxil olub. Ötən ilin analoji dövründə bu rəqəm 288 olub. Buna uyğun olaraq 158 bildiriş daxil olub ki, bu da keçən illə müqayisədə 4,2 faiz aşağıdır. Bu dövrdə komissiyaya 16 müraciət də daxil olub (ötən ilin 8 ayında müraciət daxil olmayıb).

Cərimələrlə bağlı ümumi dəyəri 17950 manat olan 83 sanksiya tərtib edilib. "2008-ci ilin yanvar-avqust aylarında isə ümumi məbləği 9780 manat təşkil edən 44 cərimə tərtib edilib. QKDK səhmdar cəmiyyətlər qarşısında məcburi icra edilən 147 tələb qoyub. Ötən il bu göstərici 42 olub.

Bununla yanaşı, illik hesabat verən səhmdarların sayı 324-dən 201-dək azalıb.

Sentyabrın 12-ən olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti