...

IOE üzvləri əmək bazarında qlobal maliyyə böhranına mane olmaq üçün yollar axtarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2009 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 sentyabr / Trend , müxbir N.İsmayılova /

Beynəlxalq İşəgötürənlər Təşkilatı (IOE) tərəfindən dünya bazarında maliyyə böhranı ilə mübarizə aparmaq üçün vəziyyəti müəyyənləşdirmək məqsədi ilə Riqada (Latviya) Avropanın 47 ölkəsindən olan işəgötürənlər təşkilatının rəhbərlərinin iştirakı ilə konfrans keçirilib. Bu tədbirdə Azərbaycanın Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (STMK) prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

"Tədbir formalaşan sahibkarların rolunu müəyyənləşdirmək və onların strateji fəaliyyət planını hazırlamaq məqsədi daşıyır", - STMK-nın məlumatında deyilir.

BİT-in baş katibi Antonio Penoloza beynəlxalq və regional tərəfdaşlarla işləməklə özəl sektora inamı bərpa edəcək və əmək bazarını canlandıra biləcək problemin siyasi həlli yolunu tapmaq istiqamətində göstərilən səylərdən söz açıb.

Azərbaycanın nümayəndə heyəti ölkədə biznes mühitinin yaradılması sahəsində görülən işlər, iqtisadi böhran şəraitində belə Azərbaycanda ümumdaxili daxili məhsul istehsalının artması barəsində danışıb.

1920-ci ildə yaradılmış IOE sosial əmək əlaqələrinin tənzimlənməsi sahəsində biznesin maraqlarını təmsil edən yeganə şirkətdir. Hazırda IOE-nin üzvləri 132 ölkədən olan 136 milli işəgötürən təşkilatlarıdır. Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.

IOE-nin əsas fəaliyyət istiqamətləri milli işəgötürənlər təşkilatlarının inkişafı və möhkəmlənməsi, beynəlxalq sosial əmək əlaqələrinin aktual problemləri üzrə analitik və mövqe materiallarının hazırlanması, yeni iş yerləri və müəssisələrin yaradılması üçün Beynəlxalq Əmək Təşkilatına dəstək, kiçik və orta biznesin inkişafı, onların maraqlarına toxunan beynəlxalq forumlar çərçivəsində işəgötürənlər təşkilatının təmsilidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti