Azərbaycan, Bakı, 15 sentyabr / Trend , müxbir C.Babayeva /
İranın Azərbaycandakı səfiri ölkələr arasındakı əmtəə dövriyyəsinin hazırkı səviyyəsindən razı olmadığını qeyd edib.
"2008-ci ildə əmtəə dövriyyəsi 670 milyon dollar təşkil edib. Bu göstərici iki ölkənin potensialından aşağıdır", - çərşənbə axşamı mətbuat konfransında İranın Azərbaycandakı səfiri Məhəmməd Bəhrami bildirib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2009-cu ilin birinci yarısında Azərbaycan və İran arasında əmtəə dövriyyəsi 70,4 milyon dollar təşkil edib. Bu dövrdə Azərbaycandan məhsul ixracı 34,7 milyon dollar, İrandan idxal isə 35,7 milyon dollar həcmində olub.