...

Birlik ölkələrinin bank və maliyyə sistemlərinin inkişafına təkan verəcək sənədin imzalanacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2009 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr / Trend /

MDB dövlətlərinin "Birlik dövlətlərinin bank və maliyyə sistemlərinin dayanıqlılığının yüksəldilməsi" mövzusunda keçirilən II Beynəlxalq Bakı Bank Konfransında birlik ölkələrinin bank və maliyyə sistemlərinin inkişafına təkan verəcək sənədin imzalanacağı gözlənilir. MDB-nin Maliyyə-bank şurasının məlumatında belə deyilir. Konfrans Bakıda 13-16 oktyabrda keçiriləcək.

Məlumatda deyildiyi kimi, maliyyə böhranı MDB ölkələrinin bank sektorunun dayanıqsızlığını və onun kapitalın spekulyativ dövriyyə formalarından asılılığını müəyyən etdi ki, bu da MDB ölkələrinin bank sisteminin inkişafına olan münasibətin prinsipial dəyişməsinin zəruri olduğunu düşünməyə vadar etdi.

"MDB bank sisteminin aktual problemləri daha dəqiq və düşünülmüş qərarların qəbul edilməsini tələb edir. II Beynəlxalq Bakı Bank Konfransı məhz belə qərarların qəbul edilməsi üçün daha əlverişlidir - burada yaxın və uzaq ölkələrin iri maliyyə, bank və investisiya institutlarının rəhbərləri ninbirbaşa dialoq apara bilməsi üçün unikal şərait yaranır", - məlumatda deyilir.

"Birlik dövlətlərinin bank və maliyyə sistemlərinin dayanıqlılığının yüksəldilməsi" konfransı işində MDB ölkələrinin aparıcı siyasi xadimləri və iş adamları iştirak edəcək.

Konfransın gündəliyində dünya maliyyə bazarlarının qeyri-stabil olması şəraitində MDB bank sisteminin dayanıqlılığı problemlərinin, həmçinin birlik ölkələrinin inteqrasiya olunmuş regional bank bazarının, maliyyə infrastrukturunun inkişafı üzərində qurulması məsələləri, hesab-ödəmə sisteminin, MDB-də vahid ödəniş məkanının yaradılması perspektivləri də yer alıb.

Məlumatda deyilir ki, MDB ölkələrinin iqtisadi inkişafını və bank sektorlarının dünya miqyasına çatdırılmasını təmin edən mexanızmi işə salmaq üçün üzünmüddətli maliyyə yatırımlarının iqtisadiyyatın daha real sektorlarına yönəldilməsini birgə həyata keçirməli və xarici kredit vəsaitlarindən asılılığını azaltmaq yolunda addımlar atılmalıdır.

Yaranmış vəziyyətdə əsas məsələ maneəsiz kapital axını və dövlətlərarası vəsait strukturunun formalaşması üçün müvafiq şəraitin yaradılmasıdır. Bu prosesin uğurlu olması uzunmüddətli investisiya resurslarının birlikdaxili tədqiqatlarının aparılma üstünlüyündən asılı olacaq.

Konfrans MDB İcraiyyə Komitəsi, Azərbaycan Respublikası Prezident Administrasiyası, Azərbaycan Beynəlxalq Bankı və Xarici Ticarət Bankının dəstəyi ilə MDB Maliyyə-bank şurası tərəfindən aparılır.

Maliyyə-bank şurası MDB ölkələrinin aparıcı maliyyə və kommersiya institutlarının təşəbbüsü ilə yaradılıb. Şuranın yaradılmasında məqsəd keçmiş SSRİ-nin iqtisadi məkanına daxil olan ölkələrin milli maliyyə bazarlarının MDB ərazisində fəaliyyət göstərməsi üçün münbit şəraitin formalaşdırılmasından ibarətdir. Şuranın prezidenti Andrey Kostin, vitse-prezidenti Cahagir Hacıyev, koordinasiya şurasının sədri Anatoli Kazakov, partnyorluğun baş direktoru isə Pavel Nefidovdur.

Konfransın keçirilməsində informasiya dəstəyi TREND agentliyinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti