...

Azərbaycan bankı AFB Bank öz törəmə müəssisəsini yaradıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2009 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir İ.Xəlilova/

"AFB Bank" ASC qiymətli kağızlar bazarında peşəkar fəaliyyətini həyata keçirmək üçün öz törəmə müəssisəsini - "AFB Capital" MMC-ni yaradıb. Şirkət Vergilər Nazirliyinin "vahid pəncərə" sistemi üzrə dövlət qeydiyyatından keçib.

AFB Bankın nizamnamə kapitalı 100 min manat təşkil edir. Şirkətin rəsmi nümayəndəsi Elşad İbrahimovdur.

Hazırda fond bazarının peşəkar iştirakçılarından qiymətli kağızların emitentlərinin fəaliyyətlərinin bölünməsi prosesi başa çatıb. Güman edilir ki, 2009-cu ilədək bəzi Azərbaycan bankları qiymətli kağızlar bazarının peşəkar iştirakçıları kimi fəaliyyətlərinə davam edirdilər. Qanunvericiliyə müvafiq olaraq, banklar qiymətli kağızların emitentləri olmaqla bir vaxtda, peşəkar iştirakçı kimi fəaliyyət göstərə bilməzlər. Bu təcrübə bütün dünyada tətbiq edilir.

Bankların broker və diler fəaliyyətlərinin həyata keçirilməsinə verilən lisenziyanın fəaliyyət müddəti başa çatdıqdan sonra yeni icazələr onların törəmə strukturlarına verilir.

AFB Bank keçən ilin dekabr ayında Azərbaycan Mərkəzi Bankında bank fəaliyyətinin həyata keçirilməsinə dair lisenziya əldə edib. 2009-cu ilin fevral ayından rəsmi olaraq fəaliyyətə başlayıb. AFB Bank 2008-ci ildə bank lisenziyası verilən ikinci kommersiya bankı olub. Yeni bank 10 milyon manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Bank iki fiziki və bir hüquqi şəxs tərəfindən təsis edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti