...

Bank of Baku "Gənclərin dostu" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2010 11:52 (UTC +04:00)
Bank of Baku ASC Azərbaycan Gənclər Mərkəzinin "Gənclərin dostu" mükafatına layiq görülüb. Mükafat 2007-ci ildən etibarən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə müxtəlif sahələr üzrə təqdim edilir.
Bank of Baku "Gənclərin dostu" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Bank of Baku ASC Azərbaycan Gənclər Mərkəzinin "Gənclərin dostu" mükafatına layiq görülüb. Mükafat 2007-ci ildən etibarən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə müxtəlif sahələr üzrə təqdim edilir.

Bu mükafat Bank of Baku-ya gənclərlə səmərəli işinə görə və onların sosial probemlərinin həll olunmasında göstərdiyi dəstəyə görə təqdim olunub. Beləliklə, Bank of Baku tərəfindən bankın 15 illiyinə həsr olunmuş bir sıra kampaniyalar keçirilib. Gənclər arasında ən populyar olan "Tələbə Kartı" kampaniyası çərçivəsində ali məktəb tələbələrinə müəyyən kredit xətti olan plastik kartlar təqdim edilir. Əlavə olaraq "Tələbə Kartı" sahibləri paytaxtımızın dükan, kafe, restoran, ticarət və əyləncə mərkəzlərində güzəşt və endirimlərdən istifadə etmək hüququnu əldə edirlər.

Hazırda bank tərəfindən yüzlərlə tələbə kartı verilib. Bununla yanaşı, 2009-cu ilin sonunda Bank of Baku-nun dəstəyi ilə respublikanın ali məktəb tələbələri arasında "Gənc iqtisadçı" intellektual oyunu keçirilib.

Bank of Baku-nun gənclərə yönələn yeni məhsulları haqqında ətraflı məlumatı bankın www.bankofbaku.com veb-saytından, "Tələbə kartı" layihəsinin www.studentcard.az veb-saytından və ya bankımızın 145 Məlumat Mərkəzindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti